Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə həyat yoldaşı Anna Akopyanın ailə arxivindən köhnə şəkilləri paylaşmasına münasibət bildirib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Məzuniyyətdəyəm, Anna Akopyan isə bizim fotoarxivimizi gözdən keçirir. Görünür, bu, davam edəcək”, - deyə Paşinyan yazıb.
Daha sonra Anna paylaşımlarını davam etdirəndə Paşinyan bir daha reaksiya verib:
“Mən axı demişdim, davamı olacaq. Görünür, həqiqətən olacaq”.
Nikol Paşinyanın sosial şəbəkədəki bu yumorla müşayiət olunan paylaşımı bəzi istifadəçilər tərəfindən sadəcə ailəvi görüntülər kimi qəbul edilsə də, digərləri bunu ölkədəki gərgin ictimai-siyasi fonla ziddiyyət təşkil edən təbliğat jesti kimi dəyərləndirir.
Qeyd edək ki, Ermənistanın baş naziri son günlər kilsə ilə müharibə şəraitindədir.
Musavat.com
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ