İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamçatkada zəlzələ sonrası Yaponiyanın Hokkaydo sahillərini sunami belə vurdu -VİDEO

2025-ci il iyulun 30-da Yaponiyanın sahilboyu əraziləri üzərində çəkilmiş nadir videokadrlarda Kamçatkada baş vermiş güclü zəlzələnin nəticələri qeydə alınıb. Həmin görüntülərdə zəlzələdən sonra yaranmış sunami dalğalarının Hokkaydo sahillərinə doğru hərəkət etdiyi açıq şəkildə görünür.

Musavat.com xəbər verir ki, yayılan məlumata görə, təyyarədən çəkilmiş hava görüntülərində dalğaların təxminən 40 santimetr hündürlüyə çataraq sahil xəttinə çırpıldığı müşahidə edilib. Hazırda Yaponiyanın meteoroloji və fövqəladə xidmət orqanları sunami riskinin artdığını və sahilboyu ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.

Qeyd edək ki, Kamçatka regionu geoloji baxımdan aktiv zonalardan sayılır və burada tez-tez güclü yeraltı təkanlar qeydə alınır. Bu dəfəki zəlzələ də sunami təhlükəsi yaratmaqla yanaşı, Yaponiyanın şimal sahillərində narahatlıq doğurub.

Mütəxəssislər bildirirlər ki, sunami dalğalarının bu dəfəlik nisbətən alçaq olması fəlakətin daha böyük miqyasda yayılmasının qarşısını alıb. Lakin suların yüksəlməsi ilə bağlı xəbərdarlıqlar qüvvədə qalır.

@@TVmusavat/122823@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR