Onlayn ictimai-siyasi qəzet
Rusiyanın pilotsuz uçuş aparatları Ukrayna Silahlı Qüvvələri üçün ciddi təhlükəyə çevrilib.
Musavat.com xəbər verir ki, bu barədə “The Economist” nəşri yazıb.
Bildirilir ki, xüsusilə “Geran” tipli kamikadze dronlar Ukrayna ordusuna ağır zərbələr endirir. Bu dronlar hərbi infrastruktura hər gün reallaşdırılan hücumlarla Ukraynanın döyüş qabiliyyətini zəiflədir, həm də əsgərlər arasında ruh düşkünlüyü yaradır.
Nəşrin məlumatına görə, Rusiyanın bu hücumlardakı effektivliyi pilotsuz təyyarələrin həm keyfiyyət, həm də kəmiyyət baxımından təkmilləşdirilməsi ilə birbaşa bağlıdır.
Ukrayna kəşfiyyatı iddia edir ki, "Geran" dronlarının aylıq istehsalı 2024-cü ilin yayından bu yana 5 dəfə artıb.
Digər problem isə Ukraynanın hava hücumundan müdafiə sisteminin durumu ilə bağlıdır. Müdafiə sistemi ucuz dronlara qarşı istifadə edilməli olan bahalı raketlərlə təchiz olunub ki, bu da sistemin effektivliyini aşağı salır. Ekspertlər bildirirlər ki, bu vəziyyət Rusiya üçün əlavə üstünlüklər yaradır.
Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ