İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 13 yaşlı qızı ərə verdilər - Başqa şəxsdən hamilə imiş

Bakıda 23 yaşlı şəxs 13 yaşlı qızla cinsi münasibətdə olub. Həmin qızın daha əvvəl başqa şəxsdən hamilə olduğu məlum olub.

Musavat.com xəbər verir ki, 23 yaşlı Araz (ad şərtidir) 13 yaşlı Çinarə (ad şərtidir) ilə əvvəlcə parkda rastlaşıb.

Araz Çinarəyə yaxınlaşaraq onu bəyəndiyini, tanış olmaq istədiyini deyib. Lakin həmin vax Çinarə ona “yox” deyib. Bir gün sonra Çinarə “TikTok” sosial şəbəkəsində Arazı taparaq ona mesaj yazıb. Bir müddət sonra onların arasında sevgi münasibəti yaranıb. Araz Çinarəyə elçi göndərib.

Onlar Bakıda ər-arvad kimi yaşamağa başlayıblar. Bu müddət ərzində onlar bir neçə dəfə cinsi münasibətdə olublar.

Çinarənin hamilə olması bu cinayətin üstünü açıb. Məlum olub ki, Çinarə Arazdan yox, başqa bir şəxsdən hamilə imiş. Lakin Araz Çinarəni sevdiyi üçün uşağın özündən olduğunu deyib.

Cinayət məsuliyyətinə cəlb edilən Araz qeyd edib ki, Çinarənin yaşının az olduğunu bilməyib. İddiasına görə, Çinarə ilə eyni evdə yaşamağa başlayanda onun sənədlərini görüb və 13 yaşı olduğunu bilib. Həmin vaxta qədər Çinarənin 18 yaşı olduğunu bilirmiş.

Çinarə dindirilən zaman Arazdan şikayətçi olmadığını deyib. Uşağın başqa bir şəxsdən olduğunu təsdiq edən Çinarə bildirib ki, həmin oğlanla da “TikTok”da tanış olub. Onunla bir neçə dəfə münasibətdə olandan sonra hamilə qalıb. Çinarə bildirib ki, həmin şəxs onun hamilə olduğunu bildikdən sonra zənglərinə cavab verməyib, nömrəsini dəyişib.

Məhkəmənin hökmü ilə Araz 3 il 3 ay müddətinə həbs cəzası alıb.

Məlumata görə, Çinarənin hamilə qaldığı şəxs də məsuliyyətə cəlb edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR