İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa otelləri Booking-dən milyardlar tələb edir

Avropada ən böyük onlayn yaşayış bron xidmətlərindən biri olan Booking platformasına qarşı irimiqyaslı məhkəmə prosesi başlayıb. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 10 000-dən çox otel şirkəti qiymət azadlığını məhdudlaşdırmaqda və onların mənafeyini pozmaqda ittiham edərək kollektiv məhkəmə iddiası qaldırıb.

İddiaçıların fikrincə, Booking otellərinə digər platformalarda və ya öz internet saytlarında platformanın özündə olan qiymətlərdən aşağı qiymətlər yerləşdirməyi qadağan edib. Bu tələb pozulsa, otellər sistemdən kənarlaşdırıla bilərdi ki, bu da müştərilərin əhəmiyyətli bir hissəsinə çıxışı itirmək deməkdir.

Bundan əlavə, xidmət hər sifarişdən 17%-ə qədər komissiya tuturdu. Otelçilərin sözlərinə görə, bu, onların gəlirlərini xeyli azaldıb və rəqabətə mane olub.

Avropa Ədalət Məhkəməsi 2024-cü ildə sabit qiymət siyasətini ləğv etsə də, mehmanxanaçılar 2004-cü ildən 2024-cü ilə qədər iyirmi il ərzində dəymiş ziyana görə kompensasiya tələb edirlər. İşə Booking-in baş qərargahının yerləşdiyi Hollandiyada baxılır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR