Onlayn ictimai-siyasi qəzet
Böyrək çatışmazlığı xəstəliyinin qarşısını erkən müdaxilə ilə almaq olar. Böyrək çatışmazlığına şəkərli diabet və hipertoniya kimi xroniki xəstəliklər, həmçinin düzgün qidalanmama səbəb ola bilər.
Bəs böyrək çatışmazlığının qarşısını almaq üçün nələrə diqqət etməliyik?
Musavat.com xəbər verir ki, türkiyəli həkim Hacı Bayram Berktaş böyrək çatışmazlığının çox məkrli bir xəstəlik olduğunu ifadə edərək, əhəmiyyətli xəbərdarlıqlar edib.
Turqut Özal Tibb Mərkəzinin Baş Həkim müavini və Nefrologiya Mütəxəssisi Hacı Bayram Berktaş böyrək çatışmazlığının tez-tez asimptomatik inkişaf etdiyini, simptomların çox vaxt xəstəliyin gec mərhələlərində özünü göstərdiyini qeyd edib. Berktaş xəstəliyin ilkin səbəblərinin diabet, hipertoniya və revmatizm xəstəlikləri olduğunu bildirib. O, həmçinin böyrək daşlarının, təkrarlanan infeksiyaların, lazımsız dərmanların istifadəsinin, böyrək kistalarının riski artırdığını qeyd edib.
Həkim xroniki xəstəlikləri olan fərdlər üçün mütəmadi olaraq böyrək müayinəsinin əhəmiyyətini vurğulayıb: "Müayinələr zamanı böyrək zədəsi aşkar edilərsə, böyrək çatışmazlığına doğru irəliləməni yavaşlatmaq üçün lazımi tədbirlər görülməlidir".
O, tədbirlərin maye qəbulunu tənzimləmək, duz qəbulunu azaltmaq, pəhrizə nəzarət etmək, lazımsız dərmanlardan qaçmaq və infeksiyaları vaxtında müalicə etmək olduğunu deyib.
Berktaş böyrək çatışmazlığının son mərhələsinə çatdıqda xəstələrin iki müalicə yolu ilə qarşılaşdıqlarını açıqlayıb: "Dializ başlanır və ya böyrək transplantasiyası planlaşdırılır. Lakin məqsədimiz son mərhələyə çatmağı mümkün qədər gecikdirməkdir. Bunun üçün profilaktik tədbirlər çox vacibdir".
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ