İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya miqrant uşaqları məktəbdən uzaqlaşdırır - QALMAQALLI TƏKLİF

Rusiyada miqrant uşaqları üçün orta məktəblərdə pulsuz təhsilin ləğvi təklif olunub.

Musavat.com xəbər verir ki, bu təşəbbüslə Dövlət Dumasına Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski və onun başçılıq etdiyi bir qrup deputat çıxış edib.

Onlar bu məqsədlə qanun layihəsi hazırlayaraq parlamentə təqdim etməyə hazırlaşırlar.

Sənədə əsasən, əcnəbi vətəndaşlar Rusiyada 10-11-ci siniflərdə yalnız ödənişli əsaslarla təhsil ala biləcəklər. Pulsuz təhsil isə yalnız istisna hallarda mümkün olacaq.

Slutski bildirib ki, Rusiyanın bir çox bölgəsində məktəblərdə yer çatışmazlığı müşahidə olunur:

“Təhsil müəssisələrimiz minlərlə miqrant uşaqla doludur. Onlara böyük həcmdə dövlət vəsaiti və rusiyalı valideynlərin cibindən pul xərclənir”.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR