İnsanlara hürriyət, millətlərə istiqlal!

İş adamı ondan 10 min dollar rüşvət alan məmuru videoya çəkdi - GÖRÜNTÜLƏR

İstanbulda idxal işi üzrə mühakimə olunan iş adamı A.A.Ö., ona təyin edilmiş müfəttişin ondan rüşvət tələb etdiyini və hədə-qorxu gəldiyini bildirib.

Musavat.com xəbər verir ki, o, bu prosesi gizli şəkildə lentə alaraq prokurorluğa təqdim edib.

Hadisə ilə bağlı Bakırköy Respublika Baş Prokurorluğu cinayət işi açaraq araşdırmalara başlayıb.

İllərdir idxal-ixrac fəaliyyəti ilə məşğul olan A.A.Ö. bildirib ki, ekspert Z.T. mayın 29-da onunla əlaqə saxlayaraq işi müzakirə etmək istədiyini bildirib. İyunun 11-də tərəflər görüşüblər.

A.A.Ö.-nün iddiasına görə, həmin görüş zamanı Z.T. onu belə hədələyib:

“Mənfi hesabat yazsam, böyük məbləğdə cərimələnəcəksən. Artıq gömrük sahəsində də işləyə bilməyəcəksən. Günahkar olub-olmamağın fərqi yoxdur. Burada əsas mənim dediyimdir”.

A.A.Ö. həmçinin qeyd edib ki, ekspert Z.T. İstanbul Gömrük Məsləhətçiləri Dərnəyinin təsir komitəsində çalışır.

A.A.Ö. iddia edir ki, Z.T.-nin təzyiqi ilə iyunun 13-də axşam saatlarında onunla əvvəlcədən təyin olunmuş yerdə görüşüb.

“Görüşə gedəndə onun avtomobilini saxladığını gördüm. Mən də maşını onun arxasında dayandırdım. İçində 10 min ABŞ dolları olan zərfi ona təqdim etdim və bu anları mobil telefonla videoya çəkdim. Həmin görüntüləri sübut kimi prokurorluğa təqdim etmişəm”,-deyə iş adamı bildirib.

“Sözcü” qəzetinin məlumatına görə, A.A.Ö. ekspert Z.T.-ni vəzifə səlahiyyətlərindən sui-istifadə, mənfəət əldə etmə, hədə-qorxu və rüşvət alma maddələri ilə ittiham edərək rəsmi şikayət ərizəsi təqdim edib. İyulun 30-da məsələ rəsmi olaraq məhkəməyə daşınıb.

Bakırköy Respublika Baş Prokurorluğu Z.T. ilə bağlı cinayət işi açaraq araşdırmalara başlayıb. Gözlənilir ki, ekspert yaxın günlərdə vəzifəsindən uzaqlaşdırılacaq və məsələ məhkəməyə təqdim olunacaq.

Musavat.com

Bomba rüşvet iddiası: O anları kayda alıp savcılığa delil olarak sundu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR