Onlayn ictimai-siyasi qəzet
İran Prezidenti Məsud Pəzəşkiyan ölkənin su böhranı ilə üzləşə biləcəyi barədə ciddi xəbərdarlıq edib. O, Zəncan vilayətinin Planlaşdırma Şurasının iclasında çıxış edərək bildirib ki, Tehranda su istehlakına ciddi nəzarət tətbiq olunmazsa, şəhərin su anbarları avqust və sentyabr aylarında tamamilə quruyacaq.
Musavat.com Dövlət başçısı su resurslarının qeyri-effektiv idarə olunmasının ölkəni çıxılmaz vəziyyətə sala biləcəyini vurğulayıb. Onun sözlərinə görə, universitetlərin və sahə mütəxəssislərinin apardığı araşdırmalar göstərir ki, hazırkı qaydalar və normativlər su sərfiyyatının artmasına səbəb olur və vəziyyəti daha da ağırlaşdırır.
“Elə bir gün gələ bilər ki, içməli suyumuz belə qalmasın,” – deyə Pəzəşkiyan xəbərdarlıq edib.
İranda su qıtlığı son illər ciddi ekoloji və sosial problemlərə yol açır. Rəsmi Tehran bu istiqamətdə islahatlar aparılacağı ilə bağlı bəyanatlar versə də, vəziyyətin kritik həddə çatdığı qeyd olunur.
Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ