Onlayn ictimai-siyasi qəzet
Narkotik satışı ittihamı ilə həbs edilən qadının oğlu da həbs edilib.
Musavat.com xəbər verir ki, həbs edilən şəxsin 17 yaşı tamam olmayıb. O, külli miqdarda narkotik vasitə əldə etmə və satma ittihamı ilə həbs edilib.
Qafar (ad şərtidir) Göyçay şəhərində saxlanılıb. Onun üzərindən və yaşadığı evdən külli miqdarda narkotik vasitə aşkar edilib. Qafar özünü qismən təqsirli bilərək narkotik vasitə istifadəçisi olduğunu etiraf edib və əlavə ifadə vermək istəməyib.
Qanuni münayəndə kimi Qafaraın atası ifadə verən zaman deyib ki, bir müddət əvvəl arvadı da narkotik ittihamı ilə həbs edilib. Onun sözlərinə görə, oğlundan götürülən narkotik vsitələr ola bilsin ki, arvadından qalmış narkotik vasitələrdir. O, oğlunun narkotik satışı ilə məşğul olduğuna inanmadığını deyib.
Məhkəmə Qafarı törətdiyi əməldə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ