Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi son raket zərbələri nəticəsində həlak olanların sayı artır.
Musavat.com xəbər ki, şəhər administrasiyasının yaydığı son məlumata görə, hücum nəticəsində ümumilikdə 27 nəfər həyatını itirib.
Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, təkcə paytaxtda ölənlərin sayı 13 nəfərə çatıb. Onun sözlərinə görə, raket hücumları nəticəsində onlarla insan da yaralanıb, bir çox yaşayış binası və infrastruktur obyektinə ciddi ziyan dəyib.
Faciədən sonra şəhərdə matəm elan olunub. Hakimiyyət orqanları hücumları mülki əhaliyə qarşı "terror aktı" adlandırıb.
Musavat.com
02 Avqust 2025
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ