Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Xarici İşlər Nazirliyinin sərt reaksiyasından sonra Rusiya xəbər agentliyi TASS geri addım atmağa məcbur olub.
Musavat.com xəbər verir ki, agentlik əvvəlcə verdiyi məlumatda “Xankəndi” əvəzinə separatçıların istifadə etdiyi “Stepanakert” adından istifadə etsə də, sonradan bu ifadəni “neytral” hesab edilən “Dağlıq Qarabağ” adı ilə əvəz edib.
Rəsmi Bakı məsələ ilə bağlı TASS-a etiraz notasını təqdim edib və bir daha xatırladıb ki, azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsində iştirak etmiş bolşevik Stepan Şaumyanın şərəfinə Xankəndinin adının dəyişdirilməsi qəbuledilməzdir və təhqir kimi qiymətləndirilir.
Azərbaycan tərəfi xəbərdarlıq edib ki, belə hallar davam edəcəyi təqdirdə Rusiya şəhərlərinin tarixi adlarının, Königsberq, Orınbor, Solja-Qala, İtil və digərlərinin rəsmi istifadəsinə başlanıla bilər.
Bununla yanaşı, Bakı TASS-dan rəsmi üzr istəməyi tələb edib və əks halda agentliyin Azərbaycandakı fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcəyini bəyan edib.
Musavat.com
02 Avqust 2025
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ