İnsanlara hürriyət, millətlərə istiqlal!

Finiş xəttini keçdikdən sonra vəfat etdi

İtalyan atlet yarışda finiş xəttini keçdikdən sonra vəfat edib.

İtaliyada keçirilən "CorrinConca di Thiene" adlı qaçış yarışında faciə baş verib. Yarışda iştirak edən 27 yaşlı atlet Mattia Sella finiş xəttini keçdikdən dərhal sonra yıxılıb və ailəsinin gözü qarşısında dünyasını dəyişib.

Hadisə Veneto bölgəsinin Thiene şəhərində baş verib. Yarışın sonuna qədər normal şəkildə qaçan idmançının qəfil halı pisləşib. Təcili tibbi yardım əməkdaşları dərhal müdaxilə etsə də, onu xilas etmək mümkün olmayıb.

Məlumata görə Mattia Sella yarışda ailəsinin iştirakı ilə çıxış edirdi və onlar da hadisənin şahidi olublar.

Qeyd edək ki, atletin ölüm səbəbi tibbi ekspertizadan sonra dəqiqləşdiriləcək. Hadisə idman ictimaiyyətində dərin təəssüf doğurub./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR