İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev Trampa cavab verdi və nüvə zərbəsinə eyham vurdu

Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev ABŞ prezidenti Donald Trampın sözlərinə cavab verərək, avtomatik nüvə zərbəsi sistemini xatırladıb və Rusiyanın “haqlı olduğunu və öz yolu ilə gedəcəyini” bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Medvedyev yazıb ki, əgər onun sözləri ABŞ prezidentinin belə kəskin reaksiyasına səbəb olarsa, deməli, Rusiya hər şeyi düz edir və kursundan dönməyəcək.

Medvedyev Trampın Rusiya və Hindistanın “ölü iqtisadiyyatı” ilə bağlı açıqlamalarına da münasibət bildirib.

“Hindistan və Rusiyanın “ölü iqtisadiyyatı”na və “təhlükəli əraziyə girməsinə” gəlincə, yaxşı, qoy o, “gəzən ölülər” haqqında sevimli filmlərini, eləcə də təbiətdə olmayan “ölü əl”in nə qədər təhlükəli ola biləcəyini xatırlasın, - Medvedyev Trampın sözlərini şərh edib.

O, bəyanatını Telegram-da dərc edib.

Qərbdə “Ölü əl” adlandırılan “Perimetr” sistemi SSRİ-də yaradılıb. O, ordunun nəzarətinin itirilməsi və bütün rabitə kanallarının məhv edilməsi halında avtomatik olaraq cavab nüvə zərbəsi endirmək üçün nəzərdə tutulub. Sistem komandanlığın tam məğlubiyyətindən sonra belə cavab verilməsini təmin edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR