İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin Bakıdakı hərbi attaşesi hər şeyi açıqladı: "Azərbaycanla hərbi əməkdaşlıq..."

Çin Xalq Respublikasının Azərbaycandakı hərbi attaşesi Sun Çjun iki ölkə arasında hərbi əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Pekin və Bakı arasında münasibətlər sürətlə və inamla genişlənir, bu isə hərbi sahədə də qarşılıqlı anlaşma və etimadın artması ilə müşayiət olunur.

Sun Çjun vurğulayıb ki, Çin-Azərbaycan hərbi əməkdaşlığı sadəcə texniki və format xarakteri daşımır, eyni zamanda regional sabitlik və qlobal təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir. Diplomat, hərbi təlimlər, müdafiə sənayesi, kadr hazırlığı və hərbi texniki bilik mübadiləsi sahələrində qarşılıqlı əməkdaşlığın dərinləşdiriləcəyini diqqətə çatdırıb.

Azərbaycan və Çin son illər iqtisadi, siyasi və texnoloji sahələrdə olduğu kimi, hərbi əməkdaşlıqda da əlaqələri möhkəmləndirir. Xüsusilə 2023-cü ildən etibarən tərəflər arasında müdafiə sənayesi və təhlükəsizlik sahəsində rəsmi sənəd və memorandumlar imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev Çinlə münasibətləri “strateji tərəfdaşlıq səviyyəsində” qiymətləndirərək bu əməkdaşlığın regional sabitlik və balans üçün mühüm olduğunu dəfələrlə bəyan edib. Bakı “Bir kəmər – bir yol” təşəbbüsünün fəal iştirakçısı kimi Çinin Orta Dəhliz layihəsində əsas tərəfdaşlardan biridir.

Hərbi əməkdaşlığın konkret istiqamətləri bunlardır:

• Müdafiə təhsili və hərbi akademiyalararası mübadilələr;
• Hərbi texnologiya və rabitə avadanlıqlarında əməkdaşlıq;
• Müdafiə sərgilərində birgə iştirak və nümayəndə heyətlərinin mübadiləsi;
• Regional təhlükəsizlik üzrə müzakirələr və strateji dialoq.

Ekspertlər hesab edir ki, Azərbaycanla Çinin hərbi əməkdaşlığı Qərb və Rusiya arasındakı balanslı mövqeyin qorunmasına, eyni zamanda Türk Dövlətləri Təşkilatı ilə Çin arasında koordinasiyaya yeni imkanlar açmasına xidmət edir. Çin Cənubi Qafqazda getdikcə daha fəal iqtisadi oyunçuya çevrildiyi kimi, hərbi-siyasi baxımdan da Bakı ilə yaxınlaşmanı vacib hesab edir.

O da nəzərə alınmalıdır ki, Çinin regional və qlobal rəqibi Hindistan Ermənistala əlaqələri sayəsində Güney Qafqaza girmək, möhkəmlənmək, aktra çevrilmək istəyir. Belə bir tarixi məqamda Azərbaycan Pekinə materikin ən önəmli hissəsində geniş qapılar açır.

Yəni Çin-Azərbaycan münasibətləri təkcə enerji və infrastruktur deyil, müdafiə və təhlükəsizlik sahəsində, o cümlədən geostrateji istiqamətdə əhəmiyyət qazanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR