İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordu HƏRƏKƏTƏ KEÇDİ: 8 RAKET, 300 PUA GÖYLƏRDƏ - ÖLÜMCÜL DÖYÜŞ GEDİR – CANLIda

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin bir neçə vilayətinin gecə saatlarında Rusiya tərəfindən kütləvi hücuma məruz qaldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib.

Zelenski bildirib ki, Dnepropetrovsk, Poltava, Sumı, Nikolayev və Kiyev vilayətləri zərər görüb.

Onun sözlərinə görə, əsas hədəf paytaxt Kiyev olub.

“Ən son məlumata görə, aralarında 6 yaşlı uşaq və onun anasının da olduğu 6 nəfər həyatını itirib. Onlarla insan xəsarət alıb. Hər bir yaralıya yardım göstərilir. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, – deyə Zelenski qeyd edib.

Ukrayna lideri Rusiyanın gecə ərzində Ukraynaya 300-dən çox pilotsuz uçuş aparatı (PUA) və 8 raket atdığını vurğulayıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR