İnsanlara hürriyət, millətlərə istiqlal!

“Günəşi qaraltmaq” planı ifşa olundu – ABŞ-də gizli iqlim sınağı qalmaqal yaratdı

Vaşinqton Universitetinin rəhbərliyi altında bir qrup alim günəş işığını zəiflətmək və planetin temperaturunu süni şəkildə azaltmaq üçün gizli sınaq planlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” və digər ABŞ mətbuat orqanları sənədlərə istinadən məlumat yayıb.

Məlumata görə, layihə çərçivəsində okean üzərində bulud püskürtmə texnologiyasından istifadə edərək günəş şüalarının gücünü azaltmaq nəzərdə tutulurdu. Alimlər bu planı ictimaiyyətə açıqlamayıb, çünki insanların “qorxudan təşvişə düşməsini istəmirdilər”. Daxili yazışmalarda bu barədə açıq ifadələr yer alıb: “Onları qorxutmayın”, – deyə layihə iştirakçılarından biri qeyd edib.

Skyline Across The Bay | Alameda, California | Richard Wong Photography

İlkin sınaq Kaliforniyanın Alameda bölgəsində həyata keçirilməli idi. Plan, 100 km x 100 km ölçülü ərazidə dəniz duzu aerozollarının buludlara püskürdülməsi və onların parlaqlığını dəyişməklə günəşin istilik təsirini azaltmaq idi. Bu dəyişikliklərin hətta kosmosdan müşahidə olunacaq qədər geniş təsir yaratması planlaşdırılırdı.

Daha böyük mərhələdə isə Puer­to Riko adasından böyük – təxminən 3900 kvadrat mil sahədə bulud mühəndisliyi aparılması nəzərdə tutulurdu. Layihə əsasən bir neçə milyarder və özəl fondlar tərəfindən maliyyələşdirilirdi.

Sınaq sahəsi kimi seçilən Alameda şəhərinin sakinləri və yerli hakimiyyət orqanları bu layihədən xəbərsiz qalıb. Yayılan sənədlərdən sonra ictimai etirazlar böyüyüb və nəticədə Alamedadakı sınaq meydançası bağlanıb.

Crown Memorial State Beach, Alameda

Ekspertlər xəbərdarlıq edirlər ki, bu cür solar geoengineering texnologiyaları iqlim sistemində gözlənilməz dəyişikliklərə, xüsusilə də digər regionlarda quraqlıq və istilik dalğalarına səbəb ola bilər. Qeyd olunur ki, belə layihələr bəşəriyyəti real və dayanıqlı həll yollarından – istixana qazlarının azaldılmasından – uzaqlaşdıra bilər.

İndi Vaşinqton Universiteti və layihənin tərəfdarları ciddi ictimai və elmi suallar qarşısındadır: Günəşi qaraltmaq üçün gizli texnologiyaların hazırlanması etik və təhlükəsizdirmi? Dünya iqlim böhranı ilə mübarizədə bu qədər riskli sınaqlara hazırdırmı?

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR