İnsanlara hürriyət, millətlərə istiqlal!

Şiddətli zəlzələ binanın uçmasına səbəb oldu - FOTO

Petropavlovsk-Kamçatskidə zəlzələ zamanı uşaq bağçasının divarları uçub. Zəlzələ regionda son illərin ən güclü zəlzələsi kimi qiymətləndirilib.

Musavat.com xəbər verir ki, Kamçatkada yerləşən “Rodničok” uşaq bağçasının divarları baş vermiş 7,5 bal gücündə zəlzələdən sonra uçub. Qeyd olunur ki, hadisə zamanı binada uşaqlar olmayıb, çünki orada təmir işləri aparılırırmış. İşçilər isə vaxtında binanı tərk edə biliblər.

Regionda baş verən yeraltı təkanlar son onilliklərdə qeydə alınan ən güclü zəlzələlərdən biri sayılır. Fövqəladə Hallar Nazirliyi və digər aidiyyatı qurumlar zərər və dağıntıların araşdırılması üçün işləri davam etdirir. 

Qeyd edək ki, zəlzələdən sonra sunami təhlükəsi elan edilib, dalğanın gücü dəqiqləşdirilir. Sakalinin qubernatoru bildirib ki, sakinlərdən təhlükəli ərazilərdə sahilə yaxınlaşmamağa çağırılır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR