Onlayn ictimai-siyasi qəzet
Rusiyanın “Rossiya 1” kanalında Azərbaycana qarşı daha bir isterik çıxış efirə gedib.
Musavat.com “Budroo news” kanalına istinadən xəbər verir ki, qara təbliğatçı Vladimir Solovyov bu dəfə Şuşada keçirilən media forumunda iştirak etdiklərinə görə Sergey Markov və Mixail Qusmanı hədəfə alıb.
Solovyovun çıxışı əsnasında az qala emosiyalarına boğulduğu hiss olunub - onun hiddətinin əsas səbəbi isə Azərbaycanın təşkil etdiyi tədbirdə rusiyalı simaların iştirakı olub.
RT kanalının baş redaktoru Marqarita Simonyan da emosional açıqlama verib. O bildirib ki, guya “Azərbaycanda saxlanılan jurnalistlər” barədə düşünməkdən gecələr yata bilmir. Lakin bu “jurnalistlərin” əslində FSB əməkdaşları olduğu və Bakının onları məhz bu səbəbdən saxladığı artıq rəsmi mövqedir.
Görünür, Simonyanı narahat edən məsələ jurnalistika yox, iflasa uğrayan casusluq əməliyyatıdır.
Musavat.com
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ