Onlayn ictimai-siyasi qəzet
Rusiya hökuməti 31 avqust 2025-ci il tarixinədək qüvvədə olan benzinin ixracına qoyulan məhdudiyyətləri birbaşa neft məhsulları istehsalçılarına da şamil edib.
Musavat.com xəbər verir ki, məlumatı hökumətin mətbuat xidməti yayıb: “Qərar yüksək mövsümi tələbat və kənd təsərrüfatı tarla işləri dövründə daxili yanacaq bazarında sabit vəziyyəti saxlamaq məqsədilə qəbul edilib”.
Xəbər verildiyi kimi, 2025-ci il martın əvvəlində hökumət qeyri-istehsalçılar üçün avtomobil benzininin ixracına əvvəllər qüvvədə olan qadağanı 2025-ci il avqustun 31-dək uzadıb. Məhdudiyyət neft məhsulları istehsal edən şirkətlər tərəfindən edilən tədarüklərə şamil edilmirdi. Son həftələrdə Rusiyada benzin qiymətlərinin kəskin artımı onun çatışmazlığı ilə müşayiət olunmaqdadır. Bu, Ukraynaya qarşı işğalçı müharibə başladıqdan sonra ölkədə adi hala çevrilib. Müharibəyə cəlb olunan texnikanın yanacaqla təminatı tələbi kəskin artırıb, ixracın qiymət baxımından sərfəli olduğu şəraitdə istehsalçılar daxili bazara daha az məhsul yönəldirlər. Bundan əlavə, Ukraynanın dron zərbələrindən sonra emal zavodlarının bir çoxunda istehsal gücləri sıradan çıxıb, sanksiya şəraitində onları bərpa etmək mümkün olmur.
Buna görə də son 3 ildə Rusiyada yanacaq ixracına qadağa müntəzəm xarakter alıb.
Musavat.com
31 Iyul 2025
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ