İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: Azərbaycan – Ukrayna duelində bərabərlik

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə üz-üzə gəlib.

Musavat.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə nəticələnib.

51-ci dəqiqədə qonaqların futbolçusu Georgi Sudakov hesabı açaraq Ukraynanı önə çıxarıb. Lakin yığmamız 72-ci dəqiqədə cavab verib – Emin Mahmudov penaltini dəqiq yerinə yetirməklə tablodakı rəqəmləri bərabərləşdirib.

Qol müəllifi Mahmudov bununla da Azərbaycan futbol tarixinə düşüb. O, millidə 15-ci dəfə fərqlənərək ən məhsuldar oyunçu olub və Qurban Qurbanova məxsus 14 qolluq 21 illik rekordu arxada qoyub.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk matçında səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olmuşdu. Ukrayna isə Fransaya 0:2 hesabı ilə uduzmuşdu. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR