İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat 18 yaşlı gəncin qətlindən yazdı: “Uşaqların ən həssas dönəmlərində...”

Martın 12-si axşam saatlarında Gəncədə vəhşicəsinə qətlə yetirilən 18 yaşlı Elgün İbrahimovun qatil və ya qatillərinin axtarışları davam edir.

Azərbaycan ictimaiyyəti baş vermiş hadisədən dərin sarsılıb. Sosial şəbəkələrin əsas müzakirə mövzularından biri son zəngə hazırlaşan, tələbə adını qazanmağın bir addımlığında olan Elgünün faciəvi həyat sonluğudur.

Gəncədən olan deputat Naqif Həmzəyev də məsələyə münasibət bildirib.

NAQİF.jpg (102 KB)

Musavat.com xəbər verir ki, o, bu barədə öz feysbuk profilində status paylaşıb:

“Çox təəssüf ki, belə amansız hadisə baş verib. Çox üzülürəm və kədərlənirəm. Azərbaycan polisi və güc orqanları cinayəti törətmiş şəxs və ya şəxsləri mütləq tapacaq. Cinayətkarlar cəzasız qalmayacaq. Qanun qarşısında cavab verəcək.

Elgünün ailəsinə və yaxınlarına başsağlığı verirəm. Allah səbr versin.

Normal insan belə hadisə törədə bilməz. Tezliklə cinayətin səbəb və təfərrüatlarını öyrənəcəyimizə ümid edirik. Cəmiyyətimizdə belə ağır və ağlasığmaz cinayətlərin baş verməməsi üçün daha çox işləməliyik. Təhsil müəssisələri, valideynlər, aidiyyəti qurumlar səfərbər olmalı, uşaqlarımızın, yeniyetmə gənclərin tərbiyəsinə daha çox yatırım etməlidir.

Uşaqların ən həssas dönəmlərində onları qətiyyən tək qoymaq olmaz. Kaş bu hadisə baş verməzdi. Bir gəncin, bir ailənin ümidləri puç olmazdı. Heyif...”

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR