Onlayn ictimai-siyasi qəzet
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.
Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, nota Ermənistanda baş verən son daxili siyasi proseslərlə bağlı Rusiyadan səsləndirilən bəyanatlara etiraz ifadə olunub.
Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan Rusiyadan gələn qiymətləndirmələrdən narazılığını diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə çatdırıb: "Rusiyanın İrəvandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib".
İrəvan Rusiya KİV-lərində “açıq-aşkar qeyri-dostluq” ritorikasına və Rusiyanın bəzi rəsmilərinin və ekspert icmasının nümayəndələrinin bəyanatlarına qarşı kəskin etirazını bildirib.
Musavat.com
05 Iyul 2025
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ