Onlayn ictimai-siyasi qəzet
İsrailin Baş naziri Benyamin Netanyahu Orduya Qəzza zolağına güclü zərbələrin endirməyi əmr edib.
Musavat.com xəbər verir ki, məlumatı Baş nazirin ofisi açıqlayıb: "Təhlükəsizlik məsləhətləşmələrinin başa çatmasından sonra Baş nazir hərbi rəhbərliyə dərhal Qəzza zolağına güclü zərbə endirməyi tapşırdı".
Netanyahunun bu əmrindən sonra HƏMAS açıqlama yayaraq İsrailin Qəzzada atəşkəsi pozması səbəbindən girovların cəsədinin təhvil verilməsini təxirə saldığını elan edib.
Qeyd edək ki, bir neçə saat əvvəl Ynet portalı Qəzzada İsrail hərbçilərinin HƏMAS qruplaşması tərəfindən atəşə məruz qaldığı, cavab olaraq İsrail hərbçilərinin bir neçə obyektə zərbə endirdiyinə dair məlumat yaymışdı.
Musavat.com
29 Oktyabr 2025
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ