İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dərddən xəstəlik tapdı” - Xoşqədəm Hidayətqızı atasından yazdı

Xəbər verdiyimiz kimi, tanınmış teleaparıcı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının atası bu gün səhər saatlarında vəfat edib.

Musavat.com bildirir ki, aparıcı atasının vəfatı ilə bağlı sosial şəbəkədə duyğusal paylaşım edib:

"Bu dünyadan bir kişi - adam kimi adam gəlib keçdi. Yurd həsrəti ilə qovruldu, dərddən xəstəlik tapdı. Yurduna, balasının ziyarətinə xəstə canla getdi, amma getdi. Mənimlə getmək istədi yurduna… Qırılmış qəlbim imkan vermədi arzusu gerçəkləşsin. İndi çox üzgünəm, fotoda yanında deyiləm deyə. Bağışla məni ata, iki arzunu həyata keçirə bilmədim. Məndən asılı olmayan səbəblərdən. Ürəyimdə böyük bir yara kimi qaldı. Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin, Allahdan sonra tək sığındığım limanım idin. Bagışla, səni bir ömür yanımda saxlamaq əlimdən gəlmədi".

Xoşqədəm Hidayətqızının atası 5 il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Anası Ofelya Baxşəliyeva isə bu ilin aprel ayında dünyasını dəyişib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR