Onlayn ictimai-siyasi qəzet
"Bu yaşıma qədər 7 dəfə əməliyyat olunmuşam. Hərəsi də özünə görə ağır əməliyyat olub. Sonuncu əməliyyatda həkimin çiyninə vurdum ki, dur gedək əməliyyat et. Həmişə onu düşünürdüm ki, missiyam bitməyib, hələ yaşamalıyam. Görəcək işlərim var. Onları bitirməmiş dünyamı dəyişə bilmərəm".
Bu sözləri müğənni Nazim Pişiyari "Efirdən kənar" verilişində deyib. Sənətçi keçirtdiyi ağır əməliyyatlardan və səhhətindən danışıb:
"Dualar, həkimlər və Rəbbim məni ayaqda saxlayıb. Can sağlığı olandan sonra hər şey bəsdir. Canın sağ olmalıdır ki, ağır günlərdə addımlayasan. Pozitivlik lazımdır. Ən çətin, neqativ anımda pozitiv olub, özümü ruhlandırıram. Öd kisəmdə əməliyyat zamanı problem olduğu üçün hələ də əziyyət çəkirəm. Amma şükür edirəm ki, rəngləri görə, yeyib, dad hiss edə bilirəm". (Axşam.az)
06 Noyabr 2025
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ