İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN: Bayram günlərində ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq

Daxili İşlər Nazirliyi (DİN) Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib.

Musavat.com xəbər verir ki, müraciətdə bayram günlərində ictimai təhlükəsizliyin təmin olunması, qanunçuluğun qorunması və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçiriləcəyi bildirilib.

"İyun ayının 6-dan 10-dək respublika ərazisində - ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq, həyat təminatlı və strateji obyektlərdə təhlükəsizlik tədbirləri diqqətdə saxlanılmaqla polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər", - məlumatda bildirilib.

Qeyd olunub ki, vətəndaşların xeyirxah əməllərini təhlükəsiz şəraitdə sanitariya, gigiyena tələblərinə əməl olunmaqla həyata keçirməsi vacibdir:

"Bu məqsədlə qurbanlıq heyvanların müəyyən olunmuş yerlərdən kənarda satışı və kəsiminə icazə verilməyəcək".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR