İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyaca məşhur musiqiçi vəfat etdi

Britaniyalı rok ifaçısı, “Black Sabbath” qrupunun sabiq solisti Ozzy Osbourne 76 yaşında dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bu barədə mərhum sənətkarın ailəsi məlumat yayıb. Bildirilib ki, Osbourne sevgi və dəstək dolu bir mühitdə həyata vida edib.

Qeyd edək ki, Osbourne həm “Black Sabbath” qrupundakı fəaliyyəti, həm də solo karyerası ilə dünya miqyasında tanınıb. O, eyni zamanda “Osbournes” adlı ailəvi realiti-şousu ilə də geniş auditoriya qazanmışdı.

Mərhum sənətçi bir neçə gün öncə vida konserti verib. Səhnəyə oturaq vəziyyətdə çıxan Osbourne-un çıxışı zamanı pərəstişkarları göz yaşlarına hakim ola bilməyiblər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR