İnsanlara hürriyət, millətlərə istiqlal!

Ədalət Partiyasının yeni sədrindən ilk AÇIQLAMA

Ədalət Partiyasının bu gün keçirilən IX Qurultayında partiyaya sədr seçilən Mütəllim Rəhimli sədr kimi ilk açıqlamasını Musavat.com-a verib.

M.Rəhimli bildirib ki, 121 nəfər nümayəndədən 117 nəfəri qurultayda iştirak edib:

“Qurultayda seçkili orqanların hesabatı dinlənildi. Təşkilat komitəsinin sədri kimi mənim və Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Çingiz Abbasovun hesabatı dinlənildi.

Daha sonra qonaqlara söz verildi. Millət vəkili Elçin Mirzəbəyli, Azad Vətən Partiyasının sədri Akif Nağı, VHP nümayəndəsi Samir Əsədli, Ümid Partiyasından Ənvər Ağayev, AMİP-dən Rəşad Bayramov, ictimai xadimlərdən Ramil Hüseynli, Çingiz Bayramov, Mübariz Məsimoğlu çıxış edərək arzularını bildirdilər.

Daha sonra məruzələr ətrafında Qurultay nümayəndələrinin çıxışları oldu.

Ədalət Partiyasının sədrliyinə seçkilər müzakirəyə çıxarıldı. Sədr seçkisindən sonra 3 nəfər MNTK üzvü seçildi. Bundan sonra rayon təşkilatlarının sayının üçdə biri qədər - 18 nəfər Ali Məclisin üzvü seçildi”.

Qurultay nümayəndələrinə və bütün partiya üzvlərinə təşəkkürünü bildirən Mütəllim Rəhimli qeyd edib ki, ona göstərilən etimadı ləyaqətlə doğrultması üçün əlindən gələni edəcək.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR