Onlayn ictimai-siyasi qəzet
Astarada faciəli şəkildə həyatını itirən 17 yaşlı Əfsanə İmanovanın toyundan görüntülər yayılıb.
Videoda onun bəylə birgə şadlıq evinə daxil olması görünür.
Bildirilib ki, toy mərasimi oktyabrın 28-i Astaradakı şadlıq saraylarının birində keçirilib.
7 aylıq hamilə olan Əfsanə daha sonra özünü pis hiss edib. Gecə saatlarında xəstəxanaya çatdırılan Ə.İmanova oktyabrın 29-u saat 06 radələrində vəfat edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Əfsanədən əvvəl bətnindəki döl ölübmüş.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik:
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ