İnsanlara hürriyət, millətlərə istiqlal!

Elon Mask ilə ABŞ maliyyə naziri Ağ Evdə DALAŞDI - Gözünə yumruq vurub və...

The Washington Post nəşri ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bennonun sözlərinə istinadən, apreldə Elon Mask ilə ABŞ maliyyə naziri Skott Bessent arasında Ağ Evdə fiziki qarşıdurma baş verdiyini yazıb.

Musavat.com xəbər verir ki, məlumata görə, davaya səbəb Maskın büdcədən bir trilyon dollar qənaət vədi olub, lakin o, cəmi 100 milyard dollar qənaət edə bilib. Bu isə Bessentin onu "fırıldaqçı" adlandırmasına gətirib çıxarıb.

Bundan sonra Mask Bessenti çiyni ilə itələyib, nazir isə cavab olaraq Maskın gözünə yumruq vurub.

Hadisəyə münasibət bildirən prezident Tramp isə qısa şəkildə deyib: “Bu, artıq həddini aşıb.”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR