Onlayn ictimai-siyasi qəzet
Sosial media fenomenləri Dilan və Engin Polat cütlüyü və onların ailəsinə məxsus 7 şirkət barəsində aparılan vergi cinayəti araşdırması çərçivəsində açılmış cinayət işi üzrə məhkəmə qərarı elan olunub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə, Engin Polat və atası Sezgin Polatı "Zəncirvari şəkildə Vergi Məcəlləsinə zidd hərəkət etmək" maddəsi ilə 5 il 2 ay həbs cəzasına məhkum edib. Onların mühasibi Ahmet Gün isə eyni cinayətdə iştiraka görə 4 il 2 ay həbs cəzası alıb.
Polat cütlüyünün şirkətləri ilə bağlı aparılan araşdırmalarda saxta fakturalardan istifadə, mühasibatlıqda manipulyasiyalar, ikiqat qeydiyyat kimi ciddi qanun pozuntularına dair sübutlar ortaya çıxmışdı.
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ