İnsanlara hürriyət, millətlərə istiqlal!

Enrike İqlesiasdan Türkiyəyə azanla bağlı DUYĞUSAL MESAJ - yataqdan qalxıb...

Latın musiqisinin dünya ulduzu Enrike İqlesias bu yaxınlarda Misirin məşhur turizm mərkəzlərindən biri olan “Rixos Radamis Sharm El Sheikh” hotelində konsert proqramı ilə çıxış edib.

Musavat.com xəbər verir ki, konserti təxminən 6000 nəfər izləyib.

Enrike İqlesias konsertdən öncə “Hürriyet” qəzetinə eksklüziv açıqlama verib.

Müğənni Türkiyə səfəri ilə bağlı unutmadığı bir xatirəsini bölüşüb. İlk dəfə eşitdiyi azan səsinin onda dərin iz buraxdığını deyən İqlesias bildirib:

“Çırağan Sarayında qaldığım zaman ilk dəfə səhər azanını eşitdim. O qədər təsirləndim ki, dərhal yataqdan qalxıb o anın hisslərini kağıza köçürməyə, musiqiyə çevirməyə çalışdım. Möhtəşəm bir duyğu idi. Azan səsi məni çox təsirləndirdi və bu səs, bu hiss üçün darıxıram”.

Türk mətbəxinə marağını gizlətməyən sənətçi Yaxın Şərq mətbəxini bəyəndiyini də əlavə edib.

“Türk və Yaxın Şərq mətbəxi bir çox mədəniyyətin təmsilçisidir. Uşaqlarım xüsusilə türk lokumunu çox sevir”, - Enrike İqlesias vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

BÜTÜN XƏBƏRLƏR