Onlayn ictimai-siyasi qəzet
Uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan məşhur müğənni Şimal pərəstişkarlarını kədərləndirən paylaşım edib.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, sənətçi keçən həftə yaşadığı ciddi qıcolma səbəbilə yenidən xəstəxanaya yerləşdirilib.
Bir müddət reanimasiyada saxlanılan müğənninin artıq palataya köçürüldüyü bildirilib.
Şimal bu barədə öz sosial media hesabında paylaşım edib:
“İndi özümə gəlirəm. Mənimlə maraqlanan, halımı soruşan hər kəsdən Allah razı olsun. Keçirdiyim qıcolma səbəbilə reanimasiyada idim. İndi isə bel bölgəmdən şüa müalicəsinə başladıq. Qısacası, yenə çətin günlər keçirirəm. Dualarınızı əsirgəməyin”.
Xatırladaq ki, 2021-ci ildə süd vəzi xərçənginə tutulan və müalicədən sonra sağlamlığına qovuşan sənətçi ötən il beyin şişi diaqnozu ilə riskli bir əməliyyat keçirib. Təxminən 8 saat davam edən ağır əməliyyatdan sonra sağalma prosesinə başlayan Şimal şişin tamamilə təmizləndiyini bildirmişdi.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ