Onlayn ictimai-siyasi qəzet
Bu il avqustun 30-da Ermənistan Baş nazirinin təyyarəsi Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib və sentyabrın 6-da gecə Ermənistana qayıdıb.
Bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan medianın sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, bu il avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları Azərbaycandan Baş nazirin təyyarəsi üçün hava keçidi istəyib və müsbət cavab alıblar: "Biz bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəminin təşviqi və qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün əməli addım hesab edirik".
O xatırladıb ki, Azərbaycan təyyarələri uzun müddətdir Ermənistanın hava məkanı vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə yaradır.
Ermənistan parlamentindəki “Şərəfim Var” fraksiyasının deputatı Taquhi Tovmasyan Azərbaycanda Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilmiş cinayətlərdə ittiham olunan erməniəsilli şəxslər barədə danışarkən çıxışı yarımçıq saxlanılıb.
O, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyana ünvanlandığı şikayət məktubunda bildirib.
Tovmasyan qeyd edib ki, parlamentdəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Artur Ovannisyan ona bu barədə çıxış etməyə imkan verməyib.
Müxalif blokun deputatı buna görə hakim fraksiyanın rəhbərinə qarşı sərt ittihamlar irəli sürüb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ