İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın baş naziri: Praqada ən mühüm söhbət baş tutdu

“Əsas təhlükəsizlik vasitələri arasında biz, yəqin ki, ən vacibini yox, heç olmasa ən vaciblərindən birini unutmuşduq. Bu alət legitimlikdir və sonradan təhlükəsizlik strategiyamızın əsas dayaqlarından birinə çevrildi”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan 15 sentyabrda keçirilən “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, əgər dövlət öz ərazi bütövlüyünü bir cür tanıyır, amma əsas təhlükəsizlik sistemi onu başqa cür qəbul edirsə, bu, ərazi bütövlüyünün itirilməsi deməkdir. “Məhz belə də oldu – 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında. Buna görə də 2022-ci ilin oktyabrında Praqada ən mühüm söhbət baş tutdu.

Paşinyan qeyd edib ki, ilk növbədə Ermənistan öz ərazi bütövlüyünün necə müəyyən ediləcəyinə qərar verməli idi: “Biz mübahisəsiz legitimliyə əsaslandıq. Alma-Ata Bəyannaməsinə istinad etdik və belə bir mövqe ortaya qoyduq: Azərbaycanın ərazi bütövlüyünü Alma-Ata Bəyannaməsinə əsasən tanımağa hazırıq, çünki öz ərazi bütövlüyümüzü də həmin bəyannaməyə əsasən tanımağa hazırıq”.

Onun sözlərinə görə, Praqada Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini Alma-Ata Bəyannaməsi əsasında tanımağa siyasi razılıq əldə ediblər. “Bu, bütün strategiyamızı dəyişən dönüş nöqtəsi idi. Bu, legitimliyi təhlükəsizlik alətinə çevirmək istiqamətində ilk cəhdimiz oldu. O vaxtdan etibarən bu alət işləməyə başladı. Onun formulu belədir: ‘Alma-Ata Bəyannaməsi əsasında Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadrat kilometr ərazisinin və həmin ərazini əhatə edən sərhədlərin, həm xaricdən, həm də daxildən toxunulmazlığı’”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR