İnsanlara hürriyət, millətlərə istiqlal!

Əş-Şəraa Aİ-dən İsraillə bağlı yardım İSTƏDİ

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa çərşənbə axşamı axşam saatlarında Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koştla telefon danışığı aparıb.

Söhbət zamanı Aİ üzv dövlətlərinin daha əvvəl Suriyaya tətbiq etdikləri iqtisadi sanksiyaların ləğv edilməsi qərarı müzakirə olunub.

Musavat.com xəbər verir ki, bu barədə SANA informasiya agentliyi məlumat yayıb.

Əş-Şəraa sanksiyaların ləğvi ilə bağlı qərara görə Aİ rəhbərliyinə və üzv dövlətlərə təşəkkürünü bildirərək bunu “ölkənin daha sabit gələcəyə doğru irəliləməsinə töhfə verəcək tarixi addım” adlandırıb.

O, hazırkı mərhələdə beynəlxalq ictimaiyyətin Suriyaya dəstəyinin vacibliyini vurğulayıb.

Bundan əlavə, Əş-Şəraa “İsrailin müdaxiləsinin Suriyaya təsir göstərməyə davam etdiyini” bildirib. O, bu müdaxilənin dayandırılması üçün Avropa İttifaqının Suriyaya dəstəyinin zəruri olduğunu qeyd edib.

İqtisadi əməkdaşlığın gücləndirilməsi kontekstində Əş-Şəraa Suriyaya sərmayə qoymağa maraqlı olan Avropa şirkətlərini alqışlayıb. SANA-nın yazdığına görə, Suriya prezidenti ölkəsinin bu gün Şərqlə Qərb arasında mühüm iqtisadi dəhliz olmaqla yanaşı, perspektivli sərmayə imkanları təqdim etdiyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR