Onlayn ictimai-siyasi qəzet
Hazırda Türkiyədə müalicə olunan “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallıdan xəbər var. Tanınmış jurnalist ilk kimyaterapiya alıb.
Bu barədə Musavat.com-a onun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.
O bildirib: “Əvəzə ilk kimyaterapiyanı etdilər. Ona görə bir az rahatsızdır. Yəqin ki, bu günlərdə yaranan problem düzələr. Sosial şəbəkələrdə yardım kampaniyası gedir. “Youtube” kanallarında da bu kampaniya aparılır. Kampaniyanı başladan Qurban müəllim oldu. Bunu da dostlar, mətbuatdan olan dostlarımız davam etdirirlər. Ayrı-ayrılıqda bu kampaniya gedir. Hələ ki, son durum bu cürdür.
Bundan sonra da təxminən 5 kimyaterapiya almalıdır. 20-25 gün aralığı ilə bunları almalıdır. Ona görə də gözləyirik ki, vəziyyət necə olacaq”.
Cavanşir ABBASLI
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ