Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, məşhur “Forbes” jurnalı 2025-ci il etibarilə Türkiyənin ən zəngin 10 iş adamı və iş xanımının adlarını açıqlayıb. Siyahıya bu il də “Yıldız Holding”in rəhbəri Murat Ülker liderlik edir. Onun şəxsi sərvəti 5,5 milyard dollar olaraq göstərilib.
İkinci pillədə BioNTech şirkətinin qurucusu Uğur Şahin qərarlaşıb – sərvəti 4,8 milyard dollardır. Üçüncü yerdə isə “Kazancı Holding”in rəhbəri Cemil Kazancı yer alıb – 4,3 milyard dollar.
İlk onluqda yer alan digər adlar və onların sərvətləri belədir:
• Eren Özmen – 4 milyard dollar
• Fatih Özmen – 3,8 milyard dollar
• Erman Ilıcak – 3 milyard dollar
• Ferit Şahenk – 2,8 milyard dollar
• İpek Kıraç – 2,7 milyard dollar
• Filiz Şahenk – 2,6 milyard dollar
• Semahat Arsel – 2,6 milyard dollar
Qeyd edək ki, bu adların əksəriyyəti illərdir siyahıda dəyişməz olaraq yer alır. Lakin sərvət göstəricilərindəki dəyişikliklər Türkiyədəki iqtisadi gedişat, qlobal bazar tendensiyaları və investisiya yönümlü fəaliyyətlərlə izah olunur.
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ