Onlayn ictimai-siyasi qəzet
Goranboyda yük maşınının mağazaya çırpılmasının təfərrüatı məlum olub.
Musavat.com APA-ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı, 2002-ci il təvəllüdlü Ş.T. "Mercedes-Benz" markalı yük maşını ilə Bakı-Qazax yolunda Gəncə istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib.
Hadisə zamanı mağazada xəsarət alan olmayıb. Yalnız yük maşınının sürücüsü xəsarət alıb. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, sentyabrın 7-də saat 17:10-da Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1 nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona belin küt travması diaqnozu təyin olunub.
Hazırda müalicəsi Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti kafi olaraq qiymətləndirilir.
***
Goranboyda yük avtomobili obyektə çırpılıb.
Musavat.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonundan keçən hissəsində baş verib.
Yük avtomobili idarəetməni itirərək yol kənarındakı obyektə çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü, Türkiyə vətəndaşı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ