Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Gürcü Arzusu” partiyasının seçki qərargahı qarşısında baş verən son toqquşmalara görə Almaniya səfiri Peter Fişeri hədəf alıb.
Papuaşvili etirazçıları “titushka” adlandıraraq bildirib ki, onlar diplomatın dəstəyi ilə artıq üçüncü dəfə partiyanın qərargahına hücum ediblər və faşist şüarları səsləndiriblər.
Parlament sədri əlavə edib:
“Ekstremistlərə dəstək vermək və xarici dövlətin səfirinin seçki kampaniyası dövründə zorakılığı pisləməkdən imtina etməsi seçkilərə kobud müdaxilədir. Bu isə Vyana konvensiyasının pozulması deməkdir”.
Qeyd edək ki, Almaniya səfiri Peter Fişerin adı son günlər demək olar ki, hər gün Papuaşvilinin çıxışlarında səslənir və əsasən ittiham xarakteri daşıyır.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ