Onlayn ictimai-siyasi qəzet
Gürcüstanda rusiyalı turisti öldürən və kişinin həyat yoldaşına hücum edən iki nəfər 18 il həbs cəzasına məhkum edilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Zuqdidi rayon məhkəməsi Bejan Çkadua və Revaz Pakelianini təqsirli bilib.
İstintaq müəyyən edib ki, onlar 2025-ci il yanvarın 5-də Zuqdididən Mestiaya gedən rusiyalı Viktor Solovyov və Alina Qabayevaya hücum ediblər. Hücum edənlərdən biri Solovyova bıçaqla, digəri isə tapançadan atəş açıb. Kişi yerindəcə keçinib. Canilər onun meyitini çaya atıblar.
Qadın qaçırılaraq kimsəsiz əraziyə aparılıb, daha sonra yoldan keçənlər ona kömək ediblər. Hücum edənlər ertəsi gün saxlanılıb.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ