Onlayn ictimai-siyasi qəzet
Son günlər paytaxtda nəqliyyat axınının güclü olduğu bir sıra yollarda quraşdırılmış kameralar hərəkət iştirakçılarının marağına səbəb olub.
Sosial şəbəkələrdə yayılan videolarda yolların kənarında və ortasında ştativ üzərində quraşdırılmış kameraları görmək mümkündür. İşçilər tərəfindən idarə edilən bu kameraların hansı funksiyanı yerinə yetirdiyi isə suallar yaradıb.
Məlum olub ki, bu kameralar yol polisinə məxsus deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov Qafqazinfo-nun cavab olaraq bildirib ki, yollardakı çəkilişlər təmsil etdiyi qurum tərəfindən aparılır: “AYNA tərəfindən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat modelinin yenilənməsi məqsədilə nəqliyyat axınlarının videoçəkilişi aparılır. Çəkiliş podratçı şirkətin əməkdaşları tərəfindən günün müxtəlif saatlarında həyata keçirilir”.
17 May 2025
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ