Onlayn ictimai-siyasi qəzet
Tanınmış fars millətçisi Peyman Arif “X” platformasında paylaşdığı açıqlamada diqqətçəkən bir iddia irəli sürüb.
O, SEPAH generalı Mənsur Həqiqətpurdan sitat gətirərək bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı İranın Azərbaycana müdaxilə məsələsi ölkənin Ali Milli Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılanda Həsən Ruhani Həqiqətpura belə deyib:
"Bizim İranda filan qədər eşşəyimiz var (Türk əhalisini nəzərdə tutur), indi isə 8 milyon eşşək də artırmaq istəmirik".
Musavat.com xəbər verir ki, bu barədə "Araz News" telegram kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, səkkiz il İran prezidenti olmuş Ruhani həmin dövrdə Ali Milli Təhlükəsizlik Şurasının sədri idi. SEPAH generalı Mənsur Həqiqətpur isə guya Azərbaycana yardım məqsədilə Azərbaycana göndərilib. Lakin sonradan onun əslində Ermənistana casusluq fəaliyyəti apardığı ortaya çıxdığı üçün məhkəmə işi açılıb.
Qeyd edək ki, Həsən Ruhani fars millətçisi baxışları ilə tanınır. Prezidentliyi dövründə Qərbi Azərbaycana səfər etdikdə “Azərbaycan” adını işlətməkdən imtina edib, əvəzində kürd terror qruplaşmalarının uydurduğu adlardan istifadə edib.
Eyni zamanda, Urmiya gölünün xilası üçün verdiyi vədlərə baxmayaraq, səkkiz illik prezidentliyi zamanı göl üçün ciddi addım atılmayıb. Nəticədə Urmiya geri dönülməz ekoloji fəlakətə çevrilib.
Qeyd edək ki, fars millətçiləri tarixən Azərbaycan türklərini “Eşşək türk” ifadəsi ilə təhqir ediblər və bu, Güney Azərbaycanda narahatlıq doğuran bir məsələ olub.
Lakin indiki vəziyyətdə İranda bu “eşşəklərin” yeri dəyişib.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ