İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyevdən yayılan iddialara REAKSİYA

Son günlər bəzi media qurumlarında və sosial media platformalarında Azərbaycanla bağlı tamamilə əsassız və uydurma məlumatlar yayılır.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.

“Son zamanlar bəzi media və sosial media hesablarında tamamilə əsassız və uydurma iddialar yayılıb ki, guya Azərbaycan etnik azərbaycanlıları agent kimi cəlb edib və onları İsrail adından İrana yerləşdirir. Bu cür absurd və fantaziyaya əsaslanan iddiaların reallıqla heç bir əlaqəsi yoxdur və qəsdən dezinformasiyadan başqa bir şey deyil. Bu cür saxta xəbərləri və əsassız ittihamları qəti şəkildə rədd edirik”, - o qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR