İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərin DİQQƏTİNƏ! Bakının Koroğlu Rəhimov küçəsində yeni hərəkət sxemi tətbiq edildi

Bu gündən etibarən Bakının Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski küçəsi ilə Həsən Əliyev küçəsi arasındakı hissəsində birtərəfli, 4 zolaqlı hərəkət tətbiq olunub.

Musavat.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, əlavə olaraq həmin istiqamətdə tunelin üzərindəki yolun hərəkət hissəsinə 1 zolaq da artırılaraq 3 zolaqlı yol təşkil edilib.

Qeyd edək ki, dəyişiklik test rejimində yoxlanılır. Koroğlu Rəhimov küçəsində yenidənqurma işləri davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR