Onlayn ictimai-siyasi qəzet
Fransanın sabiq prezidenti Nikola Sarkozi həbsxanada qida ilə bağlı ciddi narahatlıq yaşayır.
Musavat.com xəbər verir ki, "Le Point" nəşrinin məlumatına görə, o, həbsxana yeməklərindən imtina edib və demək olar ki, yalnız yoqurtla qidalanır.
Mənbənin sözlərinə görə, Sarkozi hətta yeməklərin hazırlanmasına kənar müdaxilə olacağından ehtiyat edir:
“O, düşünür ki, kimsə yeməyinə tüpürə və ya daha pis nəsə edə bilər".
Sarkozi həbsxana mağazasından məhsul alıb kamerada hazırlamaq imkanından da istifadə etmir. Bunun səbəbi kimi isə o, özünü tam rahat hiss etməməsini göstərir.
Qeyd edək ki, keçmiş prezident mart ayında korrupsiya və nüfuzdan sui-istifadə ittihamları üzrə 1 il real həbs cəzası çəkməyə başlamışdı.
Musavat.com
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ