İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəşəm Nəcəfzadəyə vəzifə verildi

Şair Qəşəm Nəcəfzadə Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü təyin edilib.

Musavat.com xəbər verir ki, təyinatla bağlı məlumat Audiovizual Şuranın rəsmi saytında açıqlanıb. Qəşəm Nəcəfzadə Prezidentin 08 oktyabr 2025-ci il tarixində imzaladığı Sərəncam ilə bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, Nəcəfov Qəşəm Mirzə oğlu Nəcəfov 1 aprel 1957-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. 1981-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitiutunun (İndiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib.

Uzun illər İmişli rayonunda müxtəlif orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, dərs hissə müdirinin müavini vəzifələrində çalışıb. 1999-cu ildə Bakı şəhərinə köçüb. Bakı şəhər orta məktəblərində psixoloq, Təfəkkür Universitetində və Bakı Slavyan Universitetində işləyib.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, "Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiridir. "Mədəniyyət TV" kanalında "Və ya" proqramının müəllifi və aparıcısı, Teleraido Akademiyasında "Radio və televiziyanın dili" fənni üzrə müəllim kimi fəalyyət göstərir.

"Əməkdar mədəniyyət işçisi" fəxri adı ilə təltif edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

06 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR