İnsanlara hürriyət, millətlərə istiqlal!

İran–Türkiyə sərhədində 100 yarımavtomat tüfəng ələ keçirildi

İranın Bazarqan gömrük-keçid məntəqəsində gömrük və hüquq-mühafizə orqanları tərəfindən 100 ədəd “Rebel” tipli yarımavtomat tüfəng aşkar edilərək müsadirə olunub.

Musavat.com xəbər verir ki, Qərbi Azərbaycan vilayətinin məhkəmə idarəsinin rəhbəri Naser Atabati bildirib ki, silahlarla birlikdə 100 ədəd patron darağı da götürülüb.

Rəsmi məlumata görə, silahları Türkiyədən Bazarqan vasitəsilə ölkəyə gətirən İranlı bir şirkət olub və yüklər Tehrana göndərilməli imiş. Hazırda faktla bağlı araşdırma aparılır və aidiyyəti şəxslərin məsuliyyəti müəyyənləşdirilir.

Hadisənin təfərrüatları, yaxud saxlanılan şəxslər barədə əlavə açıqlama verilməyib. Məhkəmə və təhlükəsizlik qurumları istintaqı davam etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR