Onlayn ictimai-siyasi qəzet
Bu gün Almaniya kansleri Fridrix Mertsin ABŞ-yə rəsmi səfəri başlayır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, Vaşinqtonda prezident Donald Trampla danışıqlar aparacaq, ardınca isə Ağ Evdə mətbuat konfransı keçirəcək. Liderlər ölkələr arasında münasibətləri, beynəlxalq problemləri, o cümlədən Ukrayna və Yaxın Şərqdəki münaqişələri, eləcə də Avropa mallarının ABŞ-a idxalına rüsumları müzakirə edəcəklər.
Almaniya Federal Mətbuat və İnformasiya İdarəsi Mertsin Trampla ilk rəsmi görüşünün iyunun 5-də baş tutacağını bildirib. Lakin o, bir neçə il əvvəl Nyu-Yorkda Trampla qısa müddət ərzində görüşüb. Rəsmi Almaniya tərəfinin bildirdiyinə görə, danışıqların mərkəzində Ukrayna məsələsi dayanacaq.
Kanslerin səfəri ərəfəsində Almaniyanın ZDF televiziyasının ikinci kanalı Mertsin etibarlı adamı sayılan Almaniyanın federal xarici işlər naziri Yohan Vadefulun bu yaxınlarda ABŞ-yə səfərinə diqqət çəkib. Vaşinqtonda Vadeful hazırda dövlət katibi və Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifələrini birləşdirən Marko Rubio ilə görüşüb.
Televiziya müsahibəsində nazir Mertsin Vaşinqtonda apardığı danışıqların əsas mövzularını qeyd edib. Trampla danışıqlarda Ukrayna ətrafındakı vəziyyətlə yanaşı, Moskvaya qarşı növbəti sanksiyalar, NATO-nun qarşıdan gələn sammiti, İranın nüvə dosyesi, Qəzza zolağındakı vəziyyət və İsrail hökumətinin hərəkətləri müzakirə olunacaq. Amma ən əsası Merz Avropa ilə ABŞ arasında iyulun 9-na qədər təxirə salınan qarşıdan gələn tarif müharibəsi məsələsini gündəmə gətirəcək.
P.S. Qeyd edək ki, Donald Tramp alman əsillidir, onun babası Amerikaya Almaniyadan köçüb.
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ